Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

"Mini-futbol" birinciliyinin qalibləri mükafatlandırılıblar

 

Böyütmək üçün şəkili seçin"Bakı-2015" ilk Avropa Oyunlarına hazırlıq məqsədilə "Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən 1999-2000-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında "Mini-futbol" birinciliyinin final oyunu keçirilib. Final qarşılaşmasında 1  və 2 saylı sahə inzibati ərazi dairələrinin  komandaları birincilik uğrunda mübarizə aparıblar.

Gərgin keçən oyunun nəticəsində 1 saylı sahə inzibati ərazi dairəsinin komandası I,  2 saylı  sahə  inzibati  ərazi  dairəsinin komandası II,  Biləcəri qəsəbəsinin komandası  isə  III  yerlərə  layiq  görülüblər.

Mükafatlandırma mərasimində çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qalib komandalara təbriklərini çatdırıb. Bildirib ki, "Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində start götürmüş "Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirilən idman tədbirləri gənc nəslin sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edir. Sevindirici haldır ki, bu cür tədbirlərin keçirilməsi rayon sakinləri tərəfindən məmnunluqla qarşılanır.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi bədən tərbiyəsi sektorunun baş məsləhətçisi Salman Əbdülov çıxış edərək idmançıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.  Sonda qaliblərə kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov