Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş turnir

 

Bakıdakı 91 nömrəli tam orta məktəbin idman meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib.  1997- 2000-ci il və 2001-2004-cü il təvəllüdlü idmançılar arasında keçirilən yarışda 14 komanda tərkibində 140 nəfər iştirak edib.

Hər iki qrup üzrə final oyunları gərgin mübarizə  şəraitində keçib. Belə ki, 17 yaşadək yeniyetmələr arasında final oyununda "Bibiheybət" komandası "Neftçi" komandasına 2 - 1, 13 yaşadək uşaqların  final  qarşılaşmasında  isə "Qəbələ"  yığması  "Bayıl" təmsilçilərinə  3 - 1 hesabı ilə qalib gələrək I yerləri tutublar.

Turnirin rəsmi bağlanış mərasimində iştirak edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov  futbolun inkişafında  uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirib. Ölkə  Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın əhəmiyyətindən danışılıb. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin vətənpərvərliyi və fədakarlığından söz açılıb.

Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq  diplom, idman geyimi və kubokla təltif olunublar. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov