Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən
başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı
məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirməyə
başlayır.
İlk səyyar qəbul sentyabrın 19-da Nəsimi və Qaradağ
rayonları üzrə keçiriləcək. Nəsimi rayonu üzrə 1 nömrəli
məktəbdə keçiriləcək səyyar qəbula 1, 8, 16, 44, 46, 133
nömrəli məktəblərin və 6 nömrəli Uşaq-Gənclər Güləş
Məktəbi, 25 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 46
nömrəli Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllim
və valideynləri müraciət edə bilərlər.
Sentyabrın 19-da Qaradağ rayonu üzrə 319 nömrəli
məktəbdə keçiriləcək səyyar qəbula isə Sahil qəsəbəsində
yerləşən 228, 253, 273, 319, Ümid qəsəbəsində yerləşən
294, Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli
məktəblərin və 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin
müəllim və valideynləri müraciət edə bilərlər.
Sentyabrın 20-də Pirallahı rayonu üzrə 243 nömrəli
məktəbdə keçiriləcək səyyar qəbula Pirallahı və Çilov
qəsəbələrində yerləşən 131, 168, 186, 235, 243, Zirə
qəsəbəsində yerləşən 122, 120, 241, 324, Gürgan
qəsəbəsində yerləşən 231 nömrəli məktəblərin və 29
nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və
valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00-da başlayacaq və
vətəndaşların müraciəti bitənədək davam edəcək.
Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat
komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
rəhbərliyi və struktur bölmələrinin üzvlərindən
ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə
yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin
məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin
yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin
təmin olunması üçün sistemli iş aparmaq məqsədini
daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və
valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər
şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli
məsələlər həll ediləcək və lazımi təşkilati və
maarifləndirmə tədbirləri görüləcəkdir. |