Azərbaycan
Dövlət
İqtisad
Universitetinin rektoru,
professor
Ədalət
Muradovla müsahibə
*
2014/2015-ci
tədris
ilində
ADİU-ya
daxil
olan 3273
tələbənin 12
nəfəri 650-dən çox
bal
toplayıb.
Bu göstərici ötən ilə nisbətən 2 dəfədən də çoxdur. 93
tələbə 600-dən çox bal toplayıb. Ötən il isə 600-dən çox
bal toplayan tələbələrin sayı 49 nəfər olub. 500-dən çox
bal toplayan tələbələrimizin sayı 669 nəfərdir, ötən il
isə 357 nəfər olub. Ən yüksək bal - 680 bal toplayan
tələbəmiz Emil Alıyev Prezident təqaüdünə layiq görülüb.
* ADİU-da ənənəvi statik mühazirə-məşğələ təhsil
modelindən dinamik interaktiv dərslərə keçid başlayıb.
* Universitetimizdə insan resurslarının
müasirləşdirilməsi istiqamətində böyük işlər görülür -
xarici universitetləri bitirmiş, kreativ düşüncəli gənc
müəllimlər tədrisə cəlb olunur, müəllimlərin diferensial
əməkhaqqının yaradılması və tətbiqi üzrə real addımlar
atılır, professor-müəllim heyəti üçün xarici dil
kursları təşkil edilir, ixisasartırma kurslarında və
təlimlərdə fəal iştirakı üçün lazımi təminat verilir.
* ADİU-da İnnovativ Biznes-İnkubator təsis edilib və bu
layihə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı"nda nəzərdə tutulan respublikada ilk
təcrübədir.
* "SABAH" qruplarına qəbul olunan 738 tələbədən 225
nəfəri təhsillərini davam etdirmək üçün İqtisad
Universitetini seçiblər.
* ADİU dünyanın 32 ölkəsinin 92 universiteti ilə
ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
* 2013/2014-cü tədris ilinin sonuna olan məlumata
əsasən, ADİU-da dünyanın 21 ölkəsindən 282 nəfər əcnəbi
tələbə təhsil alır. Əcnəbi tələbələrimiz arasında
Türkiyə, Gürcüstan və Rusiyadan olan tələbələr üstünlük
təşkil edir.
* Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən
uğurlusu kimi "TEMPUS" proqramını qeyd etmək olar. Belə
ki, ADİU IV Mərhələ 6-cı çağırış "TEMPUS" proqramı
çərçivəsində koordinator qismində 3 müxtəlif layihə
hazırlayıb təqdim etmişdir. Sevindirici haldır ki,
ADİU-nun "Beynəlxalq əlaqələr sahəsində universitet
idarəçiliyinin inkişaf etdirilməsi və
təkmilləşdirilməsi" mövzusunda "TEMPUS" layihəsi Avropa
Komissiyası tərəfindən qalib elan olunmuşdur və
Layihənin icrası üçün 654.000 avro məbləğində qrant
ayrılmışdır. Bununla da ADİU ilk dəfə olaraq "TEMPUS"
proqramının qalibi olmuşdur.
- Cənab rektor, sizi və rəhbətlik etdiyiniz kollektivi
yeni dərs ilinin başlanması münasibətilə təbrik edir və
ilk sualımızı da bununla bağlı ünvanlandırmaq istəyirik:
Universitet yeni dərs ilinə hansı nailiyyətlərlə
başlayır?
- Ən böyük nailiyyətimiz onu hesab edirəm ki, bu il
universitetimizə yüksək balla qəbul olunan tələbələrin
sayı artıb. 2014/2015-ci tədris ilində ADİU-ya daxil
olan 3273 tələbənin 12 nəfəri 650-dən çox bal toplayıb.
Bu göstərici ötən ilə nisbətən 2 dəfədən də çoxdur. 93
tələbə 600-dən çox bal toplayıb. Ötən il isə 600-dən çox
bal toplayan tələbələrin sayı 49 nəfər olub. 500-dən çox
bal toplayan tələbələrimizin sayı 669 nəfərdir, ötən il
isə 357 nəfər olub. Ən yüksək bal - 680 bal toplayan
tələbəmiz Emil Alıyev Prezident təqaüdünə layiq görülüb.
- Artıq bir ilə yaxındır ki, ölkə Prezidenti tərəfindən
"Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul
olunub. Ali təhsilin inkişafı ilə bağlı Strategiyada
göstərilən hədəflərə çatmaq üçün universitetdə hansı
addımlar atılır?
- Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev
tərəfindən təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" çox əhəmiyyətli və gələcəyə yönəldilmiş
bir sənəddir. Strategiyada müəyyən olunmuş məqsədlər,
vəzifələr, istiqamətlər, hədəflər və konkret tədbirlər
milli təhsil sisteminin keyfiyyətli və dinamik inkişafı
üçün fundamental əsasları və platformanı təşkil edirlər.
Dövlət Strategiyasının reallaşması çərçivəsində
Azərbaycan Dövlət İqtisad Universitetində kompleks,
sistemli, ardıcıl tədbirlər və islahatlar həyata
keçirilir. İlk növbədə, bütün ixtisaslar üzrə tədris
planlarına yenidən baxılıb və onların dünyanın qabaqcıl
universitetlərinin tədris proqramlarına
uyğunlaşdırılması istiqamətində zəruri işlər aparılıb,
bütün tədris binalarında vahid müasir İKT
texnologiyaları ilə təchiz olunmuş təlim infrastrukturu
yaradılıb, interaktiv dərslərin təşkili, tədris
prosesinin elektron resurslarla təmin edilməsi üzrə
geniş hazırlıq işləri aparılmışdır. Strategiyanın
birinci istiqaməti - şəxsiyyətyönümlü təhsil məzmununun
yaradılmasıdır. ADİU-da ənənəvi statik mühazirə-məşğələ
təhsil modelindən dinamik interaktiv dərslərə keçid
başlayıb, nəticədə müəllimlər və tələbələr tədris
prosesinin bərabər fəal iştirakçılarına çevriləcək,
bütövlükdə isə təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə
artacaq.
Universitetimizdə insan resurslarının müasirləşdirilməsi
istiqamətində böyük işlər görülür - xarici
universitetləri bitirmiş, kreativ düşüncəli gənc
müəllimlər tədrisə cəlb olunur, müəllimlərin diferensial
əməkhaqqının yaradılması və tətbiqi üzrə real addımlar
atılır, professor-müəllim heyəti üçün xarici dil
kursları təşkil edilir, ixisasartırma kurslarında və
təlimlərdə fəal iştirakı üçün lazımi təminat verilir.
İqtisad Universitetində şəffaf və səmərəli idarəetmə
mexanizminin yaradılması istiqamətində də tədbirlər
reallaşdırılır. Belə ki, ADİU-da hər ay "Açıq qapı" günü
keçirilir, hər həftə tələbələrin və əməkdaşların qəbulu
aparılır, mütəmadi olaraq sosial şəbəkələrdə rektorun
birbaşa kommunikasiya xətti təşkil edilir və tələbələrin
bütün sualları onlayn rejimində cavablandırılır.
Həmçinin, ADİU-da "qaynar xətt" xidməti yaradılıb. Bu
xidmətdən iradı, şikayəti və təklifi olan hər kəs
istifadə edə bilər.
- Universitetdə aparılan kadr islahatları haqqında nə
deyə bilərsiniz?
- Bu gün Azərbaycan təhsil sistemində, xüsusilə də onun
ali təhsil pilləsində çox ciddi islahatlar gedir və bu
prosesin qarşıdakı illərdə də davam edəcəyi gözlənilir.
Bizim universitetimizdə apardığımız kadr islahatları da
məhz ölkə ali təhsil sistemində həyata keçirilən bu
islahatların tələblərinə daha yaxşı cavab vermə
istəyimizdən irəli gəlir.
- Ali təhsil ocağının əsas strateji məqsədi ADİU-nun
elmi-innovasiya universitetinə çevrilməsidir. Bu
istiqamətdə universitetin qarşısında hansı məsələlər
prioritet sayılır?
- "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli
gələn yeni vəzifələri rəhbər tutaraq ADİU-nun yenilənmiş
strateji inkişaf proqramının hazırlanmasına və qəbul
edilməsinə ehtiyac var. Bu sənədin hazırlanması üzrə
peşəkar işçi qrup yaradılıb və qısa zamanda yenilənmiş
strateji plan ictimaiyyətimizə təqdim olunacaq. Əlbəttə
ki, ADİU-nun güclü tədqiqat mərkəzinə çevrilməsi - əsas
prioritetlərimizdən biridir. Universitetin dünya
reytinqlərində yeri birinci növbədə onun akademik
gücündən, aparılan elmi-tədqiqat işlərindən, indeksli
jurnallarda çap olunmuş məqalələrdən asılıdır. Bizim də
universitet olaraq əsas hədəfimiz - Times Higher
Education və QS kimi nüfuzlu akademik reytinqlərə
düşməkdir. Biz yaxşı başa düşürük ki, İqtisad
Universiteti sahəvi tədris müəssisəsidir və bir elmi
istiqamət üzrə (iqtisadiyyat) fundamental elmlərlə
müqayisədə impakt təsirli jurnalların sayı o qədər də
çox deyil. Lakin bu hədəfə çatmaq üçün bütün səylərin və
işlərin aparılmasına hazırıq. Bununla yanaşı,
universitemizdə elmi tədqiqatlarla tədris prosesinin sıx
inteqrasiyasının təmin edilməsi, ekspert-konsaltinq
xidmətinin yaradılması, iqtisadyönümlü qanunvericilik
prosesində fəal iştirakı, universitetin yeni elmi
biliklərinin innovasiya sahibkarlığı ilə bağlığını əks
etdirən keyfiyyətcə yeni sisteminin formalaşdırılması,
sosial-iqtisadi inkişaf sahəsində dövlət qərarlarının
elmi əsaslandırılmasında fəal iştirakı istiqamətində
müvafiq işlər aparılır.
ADİU-da İnnovativ Biznes-İnkubator təsis edilib və bu
layihə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramı"nda nəzərdə tutulan respublikada ilk
təcrübədir. İnnovativ Biznes-İnkubatorun əsas məqsədi -
tələbə startapların yaradılması və universitemizin
professor-müəllim heyətinin innovativ layihələrə cəlb
edilməsidir.
Hazırda İqtisad Universitetində bir sıra innovativ
layihələr reallaşmaqdadır - yeni internet
sayt-portalının yaradılması, elektron sənəd dövriyyəsi
sisteminin tədbiqi, "Elektron Universitet" layihəsi,
keyfiyyətli menecment sisteminə keçid, smart (ağıllı)
təlim və idarəetmə infrastrukturunun qurulması.
- Keyfiyyətli təhsilin təmin olunması məqsədilə
professor-müəllim və tədris-köməkçi heyəti arasında
hansı stimullaşdırıcı tədbirlər nəzərdə tutursunuz?
- Universitetimizdə kadrlarımızın əmək fəaliyyətinin
stimullaşdırılması bizim üçün prioritet məsələlərdəndir.
Ancaq biz bu məsələnin həllinə kompleks yanaşmanın
tərəfdarıyıq. Doğrudur, əməyin stimullaşdırılmasında
əməkhaqlarının artırılması ciddi amildir. Lakin biz
yalnız bununla kifayətlənməyi düşünmürük. Qarşıdakı
illərdə universitetimizin imkanları çərçivəsində
kadrlarımızın əmək şəraitinin yaxşılaşdırılması, onların
ixtisaslarının artırılması, sosial-mədəni və
idman-sağlamlıq ehtiyaclarının daha dolğun ödənilməsi,
mənzil təminatının yaxşılaşdırılması kimi istiqamətlərdə
də ciddi tədbirlər həyata keçirməyi nəzərdə tuturuq.
Amma bütün bu tədbirlər həyata keçirilərkən diferensial
yanaşmanın əsas götürülməsinin də vacib olduğunu
düşünürük. Hesab edirik ki, əməyin stimullaşdırılmasında
elə bir sistem ortaya qoymalıyıq ki, əməkdaşlarımız
universitetin imkanlarından universitetə verdikləri
faydaya adekvat ölçüdə yararlana bilsinlər. Belə bir
sistem eyni zamanda kadrlar arasında daha sağlam rəqabət
mühitinin formalaşmasına da xidmət edəcəkdir.
- ADİU-da "SABAH" qrupları ilə bağlı nə kimi işlər
görülür?
- Biz gələcək üçün lazım olan ən uğurlu kadr modelinin
ADİU-da hazırlanmasında maraqlıyıq. Bilirsiz ki, "SABAH"
qruplarına qəbul olunan 738 tələbədən 225 nəfəri
təhsillərini davam etdirmək üçün İqtisad Universitetini
seçiblər. Bu 225 tələbəni müasir təhsilin tələblərinə
cavab verən savadlı, bacarıqlı və hazırlıqlı kadr kimi
yetişdirmək üçün bütün gücümüzü səfərbər etmişik.
Universitetimizdə "SABAH" qrupları üçün müasir dərs
metodlarına cavab verən 10 auditoriya yaradılıb. Bu
otaqlarda tələbələrin davamiyyəti elektron qaydada,
barmaq izi ilə aparılacaq. Auditoriyaların girişindəki
planşetlərdə dərs haqda interaktiv məlumat əldə etmək
mümkün olacaq. Tələbələr dəhlizlərdə quraşdırılan xüsusi
lövhələrdə ölkənin ən son iqtisadi xəbərlərini daim
izləyə biləcəklər.
- Universitetin beynəlxalq əlaqələri haqqında nə deyə
bilərsiniz?
- Universitetin beynəlxalq əlaqələri fəaliyyətimizin
prioritet istiqamətlərindən biridir. Təbiidir ki, ali
təhsil sahəsində qloballaşma prosesinin sürətlə getdiyi
və dünya ali təhsil məkanında rəqabət mübarizəsinin
kəskinləşdiyi hazırkı dövrdə beynəlxalq əlaqələrin
inkişaf etdirilməsi və bütövlükdə səmərəli beynəlxalq
əməkdaşlığın qurulması daha mühüm əhəmiyyət kəsb edir.
Universitetin beynəlxalq əlaqələri xarici ölkə
universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq
təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb
olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini
və digər istiqamətləri özündə ehtiva edir.
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və
müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay
Məktəblərinin və ikili diplom proqramlarının
reallaşdırılmasını, birgə elmi konfransların və
seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə
mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta
qədər, ADİU dünyanın 32 ölkəsinin 92 universiteti ilə
ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
Hazırda universitetimiz Almaniyanın Ziqen Universiteti
(Siegen University), Böyük Britaniyanın Uorvik
Universiteti (University of Warwick), İtaliyanın
Boloniya Universiteti (University of Bologna),
İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti
(University of Business and International Studies),
İspaniyanın Malaqa Universiteti (University of Malaga),
Litvanın Mikolas Romeris Universiteti (Mykolas Romeris
University), Cənubi Koreyanın Vusonq Universitetinin
Solbrij Beynəlxalq Biznes Məktəbi (Solbridge
International School of Business, Woosong University),
Türkiyənin Qazi, Hacettepe və Sakarya universitetləri
ilə çoxşaxəli aktiv əməkdaşlıq edir. Hazırda ADİU
tələbələri qeyd olunan tərəfdaş universitetlərdə bir
semestrlik təhsil almaq imkanından geniş şəkildə
istifadə edirlər. Sevindirci haldır ki, təhsil aldıqları
müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş
universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə
artır.
Eyni zamanda, həyata keçirilən müəllim mübadiləsi
ADİU-da tədris prosesinin təkmilləşdirilməsi və
professor-müəllim heyətinin qabaqcıl xarici
universitetlərin müsbət təcrübəsindən faydalanması
baxımından mühüm əhəmiyyət kəsb edir. 2013/2014-cü
tədris ilində ADİU-ya "qonaq professor" statusunda gələn
müəllimlər arasında Türkiyə, Almaniya, İsveçrə, Böyük
Britaniya və Litvadan olan professorlar üstünlük təşkil
etmişdir. ADİU professorları isə daha çox Türkiyə,
Ukrayna, Litva və Rusiyada müxtəlif fənlər üzrə mühazirə
kursları oxumuşlar.
Bundan əlavə, son dövrlərdə Türkiyə Palatalar və
Birjalar Birliyinin İqtisadiyyat və Texnologiyalar
Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat
Universiteti, Çinin Şanxay Universiteti, Plexanov adına
Rusiya İqtisadiyyat Universiteti, Hindistanın Menecment
Texnologiyaları İnstitutu, Macarıstanın Dunayvaros
Universiteti, Birləşmiş Ərəb Əmirliklərindəki Paris
Sorbon Universiteti və digər universitetlərlə yeni
əməkdaşlıq əlaqələrinin əsası qoyulmuşdur.
Uğurlu layihələrimizdən cari ilin aprelində ADİU-da
Ziqen Universiteti ilə birlikdə "Sahibkarlıq və biznesin
prinsipləri: Biznesin yaradılmasının əsasları"
mövzusunda keçirilmiş Yay Məktəbini (Alman professor
tərəfindən aparılan dərslərin yekununda 15 ADİU tələbəsi
və 5 alman tələbə Ziqen Universitetinin kreditlərini
qazanıb) və cari ilin iyulunda Vilnusda ADİU, Mikolas
Romeris Universiteti və Ümumdünya Ticarət Təşkilatı
(ÜTT) Katibliyinin təşkilatçılığı ilə "ÜTT-nin qlobal
iqtisadiyyatda rolu" mövzusunda keçirilmiş birgə Yay
Məktəbini (10 ADİU tələbəsi və 10 litvalı tələbə hər iki
universitetin kreditlərini qazanıb) misal göstərmək
olar.
Dünya ali təhsil məkanına inteqrasiyanın təmin
olunmasının əsas istiqamətlərindən biri olmasını nəzərə
alaraq, ADİU dünyanın qabaqcıl universitetləri ilə ikili
diplom proqramlarının yaradılmasına xüsusi əhəmiyyət
verir. Bu istiqamətdə atılmış ilk uğurlu addım kimi,
İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti
ilə "Biznesin təşkili və idarə edilməsi" ixtisası üzrə
birgə MBA proqramının yaradılması xüsusi
vurğulanmalıdır. Dərslərin hər iki universitetin
professorları tərəfindən aparıldığı proqramda hazırda
ADİU-nun 14 magistrantı təhsil alır. Magistrantların
əldə etdikləri kreditlər qarşılıqlı olaraq tanınacaq və
proqramı uğurla başa vuran məzunlar hər iki
universitetin diplomunu alacaqlar.
Bundan əlavə, ADİU-nun profilinə uyğun olaraq,
beynəlxalq və regional miqyaslı iqtisadi təşkilatlarla
səmərəli əməkdaşlığın qurulması bizim üçün prioritet
əhəmiyyət kəsb edir. Belə ki, ADİU Dünya Bankı, ÜTT,
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD),
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Asiya İnkişaf Bankı,
İslam İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyəti, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi
və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
ADİU-da "Dünya Bankının İctimai-İnformasiya Mərkəzi" və
"ÜTT İstinad Mərkəzi" fəaliyyət göstərir.
Universitetimiz UNCTAD-ın Virtual İnstitutunun
Azərbaycandan olan yeganə üzvüdür. ADİU-nun tələbə və
professor-müəllim heyəti qeyd olunan təşkilatların
müxtəlif seminar, treninq və layihələrində aktiv iştirak
edir.
Bundan əlavə, beynəlxalq universitet birlikləri və
assosiasiyaları ilə əməkdaşlığa mühüm önəm verən
universitetimiz Beynəlxalq Universitetlər
Assosiasiyasının (IAU), Avropa Universitetlər
Assosiasiyasının (EUA), İslam Dünyası Universitetləri
Federasiyasının (FUIW), Qafqaz Universitetlər Birliyinin
(CUA) və digər bu kimi təşkilatların üzvüdür.
Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığın
intensivləşdirilməsi, əcnəbi tələbələrin sayının
artırılması, tələbə və professor-müəllim heyətinin
beynəlxalq təhsil və tədqiqat proqramlarına daha aktiv
cəlb olunması, universitetimizin beynəlxalq ali təhsil
məkanındakı imicinin yüksəldilməsi və ADİU-nun dünya
universitetlərinin reytinq siyahılarına daxil edilməsi
beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətimizin əsas
prioritetlərini təşkil edir.
- ADİU-da neçə nəfər əcnəbi tələbə var? Onları bura cəlb
edən nədir? Bu tələbələr üçün nə kimi şərait yaradılıb?
- Universitetin beynəlxalq əlaqələr sahəsindəki
fəaliyyətində əcnəbi tələbələrin cəlb olunması mühüm yer
tutur. Universitetimizdə 4 dildə təhsil xidmətlərinin
təqdim olunması ADİU-nu iqtisadiyyat və biznes profili
üzrə ali təhsil almaq istəyən əcnəbilər üçün kifayət
qədər cəlbedici edir.
2013/2014-cü tədris ilinin sonuna olan məlumata əsasən,
ADİU-da dünyanın 21 ölkəsindən 282 nəfər əcnəbi tələbə
təhsil alır. Əcnəbi tələbələrimiz arasında Türkiyə,
Gürcüstan və Rusiyadan olan tələbələr üstünlük təşkil
edir. Hazırda Türk dünyası işlətmə, Beynəlxalq iqtisadi
münasibətlər, İnformatika və idarəetmə, Kommersiya,
Biznes inzibatçılığı və Maliyyə fakültələrində daha çox
əcnəbi tələbə təhsil alır.
Təbii ki, ADİU-nun mövcud və potensial imkanları əcnəbi
tələbələrin sayının əhəmiyyətli dərəcədə artırılması
üçün zəmin yaradır. Yaxın gələcəkdə Rusiya, Türkiyə,
Ukrayna, Orta Asiya, Çin, Hindistan, Pakistan və Şimali
Afrika ölkələrindən əcnəbi tələbələrin sayının
artırılmasını hədəfə almışıq. Bu baxımdan, ingilis
dillində tədrisin, eləcə də MBA və doktorantura
proqramlarının imkanlarından daha səmərəli istifadə
etməyi düşünürük.
Hazırda əcnəbi tələbələrin sayının artırılması,
prioritet hesab edilən ölkələrdə ADİU-nun təbliğatı
işinin daha səmərəli təşkili, əcnəbilərin
universitetimizə qəbulu prosesinin online şəkildə həyata
keçirilməsi, universitetin yataqxana imkanlarının
yaxşılaşdırılması və digər məsələləri özündə əks etdirən
kompleks tədbirlər həyata keçirilir.
Eyni zamanda, tərəfdaş universitetlərdən əcnəbi
müəllimlərin ADİU-nun tədris prosesinə daha çox cəlb
olunmasını nəzərdə tuturuq. Bütün bunlar ADİU-nun tələbə
və müəllim kontingentində əcnəbilərin xüsusi çəkisinin
artırılmasına xidmət edəcəkdir.
Əcnəbi tələbələrin universitetə tam inteqrasiya olunması
məqsədilə onların universitetdə keçirilən tədbirlərə
cəlb edilməsi, Bakının və regionların tarixi yerlərinə
ekskursiyaların təşkili və yarana biləcək cari
problemlərinin həlli istiqamətində lazımi tədbirləri
görürük. Təhsil aldıqları müddətdə əcnəbi tələbələrin
Azərbaycanın iqtisadiyyatı, tarixi, mədəniyyəti,
adət-ənənələri və Qarabağ həqiqətləri ilə tanış olmaları
üçün kompleks tədbirlər həyata keçiririk.
- Tərəfdaş olduğunuz beynəlxalq proqramlar haqqında
məlumat vermənizi xahiş edirik.
- Universitetimizin beynəlxalq əlaqələrində beynəlxalq
proqram və layihələrdə iştirak mühüm yer tutur. Tələbə
və professor-müəllim heyətinin müxtəlif təhsil
proqramları və layihələrindən maksimum faydalanması üçün
imkanların yaradılması bu istiqamətdəki fəaliyyətimizin
əsasını təşkil edir.
Tərəfdaş olduğumuz beynəlxalq proqramların ən uğurlusu
kimi "TEMPUS" proqramını qeyd etmək olar. Belə ki, ADİU
IV Mərhələ 6-cı çağırış "TEMPUS" proqramı çərçivəsində
koordinator qismində 3 müxtəlif layihə hazırlayıb təqdim
etmişdir. Sevindirici haldır ki, ADİU-nun "Beynəlxalq
əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf
etdirilməsi və təkmilləşdirilməsi" mövzusunda "TEMPUS"
layihəsi Avropa Komissiyası tərəfindən qalib elan
olunmuşdur və Layihənin icrası üçün 654.000 avro
məbləğində qrant ayrılmışdır. Bununla da ADİU ilk dəfə
olaraq "TEMPUS" proqramının qalibi olmuşdur.
Koordinatoru ADİU olan "TEMPUS" layihəsinin 4 Avropa
tərəfdaşı (Uorvik Universiteti - Böyük Britaniya, Malaqa
Universiteti - İspaniya, Santyaqo de Kompostela
Universiteti - İspaniya, Boloniya Universiteti -
İtaliya), 6 regional tərəfdaşı (Ukrayna, Qırğızıstan və
Tacikistanın hər birindən iki universitet), 4 Azərbaycan
tərəfdaşı (Bakı Dövlət Universiteti, Gəncə Dövlət
Universiteti, Naxçıvan Dövlət Universiteti və Sumqayıt
Dövlət Universiteti) və 4 tərəfdaş dövlət qurumu
(Azərbaycan, Ukrayna, Qırğızıstan və Tacikistanın təhsil
nazirlikləri) vardır.
Layihənin əsas məqsədləri tərəfdaş universitetlərdə
optimal və çevik fəaliyyət mexanizminə malik olan
Beynəlxlaq Əlaqələr Şöbəsinin yaradılmasından, tərəfdaş
universitetlərdə beynəlxalq təhsil mühitinin
formalaşdırılmasından, tərəfdaş ali təhsil
müəssisələrinin regional və qlobal universitetlər
şəbəkəsinə qoşulmasından və tərəfdaş universitetlərin
beynəlxalq reytinq siyahılarına daxil olmasından
ibarətdir. 2013-2016-cı illəri əhatə edən Layihə hazırda
uğurla icra olunur.
Eyni zamanda, hazırda ADİU "Xüsusi qayğıya ehtiyacı olan
insanların Azərbaycan ali təhsil müəssisələrinə
inteqrasiyası" mövzusunda başqa bir TEMPUS layihəsində
tərəfdaş qismində iştirak edir. Qeyd edək ki, bu
layihənin koordinatoru Xəzər Universitetidir.
Tərəfdaş olduğumuz digər beynəlxalq proqram icrasına
2013/2014-cü tədris ilində başlanılmış Mevlanə Mübadilə
Proqramıdır. Türkiyə Respublikasının Ali Təhsil
Nazirliyi tərəfindən maliyyələşdirilən və Türkiyə
universitetləri ilə xarici universitetlər arasında
tələbə-müəllim mübadiləsinin həyata keçirilməsini
nəzərdə tutan Proqrama ADİU aktiv şəkildə qoşulmuşdur.
Belə ki, proqramın ilk ilində ADİU-nun 11 professor və
müəllimi Türkiyənin Qazi, Hacettepe, Sakarya və Akdeniz
universitetlərində 2-6 həftə ərzində təcrübə keçmiş,
müvafiq fənlər üzrə mühazirələr oxumuş və həmin
universitetlərdə tətbiq olunan müasir tədris metodları
ilə tanış olmuşdur. Eyni zamanda, bu proqram
çərçivəsində 2013/2014-cü tədris ili ərzində Türkiyənin
Sakarya, Süleyman Dəmirəl, Çukurova və Akdeniz
universitetlərinin 11 professor və müəllimi 1-2 həftə
ərzində ADİU-da olmuş və tədris prosesində iştirak
etmişdir.
Eyni zamanda, Mevlanə Mübadilə Proqramı çərçivəsində
ADİU-nun 6 tələbəsi Türkiyənin Hacettepe və Sakarya
universitetlərində, eləcə də Türkiyənin Süleyman Dəmirəl
Universitetinin tələbəsi ADİU-da 1 semestr təhsil
almışdır.
2014/2015-ci tədris ili üçün sözügedən proqramda iştirak
edəcək müəllim və tələbələrimizin sayının əhəmiyyətli
dərəcədə artırılmasını düşünürük. Bu məqsədlə, Mevlanə
Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq protokolu
imzaladığımız Türkiyə universitetlərinin sayı 27-yə
çatdırılmışdır.
Məlum olduğu kimi, Avropa Komissiyasının "TEMPUS" və
"Erasmus Mundus" proqramı təhsil, təlim, gənclər və
idman üzrə 2014-2020-ci illəri əhatə edən vahid
"Erasmus+" proqramı ilə əvəz edilmişdir. Bu proqram
tələbə və müəllim mübadiləsi, birgə magistratura
proqramları, potensialın gücləndirilməsi və strateji
tərəfdaşlıqlar üçün geniş imkanlar təqdim edir. Eyni
zamanda, Avropa Komissiyasının "Horizon-2020" - Tədqiqat
və İnnovasiya üzrə Çərçivə Proqramı da elm və tədqiqat
sahələri üzrə beynəlxalq tərəfdaşlığın inkişaf
etdirilməsinə yönəlmişdir.
ADİU-nun "Erasmus+" və "Horizon-2020" proqramlarına
aktiv şəkildə qoşulması və tələbə və müəllimlərimizin
hər iki proqramın təklif etdiyi imkanlardan maksimum
faydalanması üçün lazımi tədbirləri həyata keçiririk.
Bundan başqa, British Council, Alman Akademik Mübadilə
Xidməti, Bakıda fəaliyyət göstərən diplomatik korpus
tərəfindən təqdim edilən və mövcud olan digər beynəlxalq
proqram və layihələrdə iştirak səviyyəmizin davamlı
şəkildə artırılmasını nəzərdə tuturuq.
- Respublikada ilk dəfə olaraq ADİU-da "Tələbə-rektor"
layihəsi həyata keçirilir. Layihənin keçirilməsində
məqsəd nədən ibarətdir?
- Bu layihəyə aprel ayından start vermişik. Bir gün
ərzində səsvermə yolu ilə seçilən "Tələbə-rektor"
mənimlə birgə rektorun fəaliyyətini icra edir. Layihənin
məqsədi şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılması, universitetdə tələbə özünüidarəetmə
sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının
inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin
yaradılmasıdır. Ötən il bu layihəni ayda bir dəfə həyata
keçirərək bir günlük "Tələbə-rektor" seçirdik. Layihənin
böyük müsbət nəticələrini nəzərə alaraq
"Tələbə-rektor"un institusiallaşdırılması qərara
alınıb.
"Azərbaycan müəllimi" |