2013-2014-cü tədris ilindən etibarən Naxçıvan Özəl
Universitetində Xarici dil (ingilis) ixtisasında
tətbiqinə başlanılmış yeni proqram layihəsi olan 1+4
sistemində dil səviyyə imtahanlarının keçirilməsinə
başlanılıb. Bu sistemin mahiyyəti tələbələrin
başlanğıc olaraq kursa hazırlığını və normal dil
səviyyəsinin inkişaf etdirilməsi və gələcək kurslar
ərzində nəzərdə tutulmuş biliklərinin daha da
möhkəmləndirilməsindən ibarətdir. Xarici dil (İngils
dili) tədrisinin yüksək tətbiqi naminə universitetə yeni
daxil olmuş tələbələrin xarici dil səviyyəsi yoxlanılır,
keçirilmiş imtahanların nəticələrinə uyğun olaraq
tələbələr hazırlıq kurslarına cəlb edilirlər.
Hər il olduğu kimi, yeni tədris ilində də, yazılı və
şifahi imtahan olub. Dil səviyyə imtahanında 27 tələbə
iştirak edib. Yazılı imtahanda tələbələrin bilik
səviyyəsi, düzgün orfoqrafik qaydalara əməl olunması,
söz ehtiyatı, dünyagörüşü və digər bacarıqları
yoxlanılıb. Tələbələr qabaqcadan imtahan barəsində
məlumatlandırılıb. Tələbələrlə fərdi söhbətlər
aparılmış, onlara universitetin nizam-intizam qaydaları
və tərbiyəvi sahədə qarşıda duran vəzifələr izah olunub.
Yazılı imtahanda tələbələr "Doğma yurdum-Azərbaycan"
mövzusunda inşa yazmış, şifahi imtahanda isə fərdi
qaydada qiymətləndirmə aparılıb. Tələbələr xarici dil
(ingilis) kafedrası tərəfindən hazırlanmış biletlər
əsasında suallara cavab veriblər.
İmtahanda komissiyanın sədri və üzvləri iştirak ediblər.
İmtahanın şəffaf keçirilməsi üçün nəzarətçilər cəlb
olunmuş və valideynlərin iştirakı təmin olunub.
İmtahanın nəticələri elan olunmuş, apelyasiyaya
komissiyadan heç bir ərizə daxil olmayıb. Şifahi
imtahanda hər tələbənin şəkil üzrə təqdimat və
müsahibəsi üçün 4 dəqiqə vaxt nəzərdə tutulub.
Məlumat üçün onu da qeyd edək ki, imtahanda heç bir
tələbə müvəffəq qiymət ala bilməyib. Onlar 1+4 layihəsi
çərçivəsində hazırlıq kurslarına daxil olunublar.
Nuray ƏLƏSGƏRQIZI,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri |