Respublika
Şahmat Mərkəzində keçirilən Azərbaycan Respublikasının
müstəqilliyinə həsr olunmuş "Baku Open - 2014"
beynəlxalq şahmat festivalında C turniri ( 12 yaşadək
uşaqlar arasında) başa çatıb.
Turnirdə ölkəmizin müxtəlif rayon və bölgələrindən 114
zəka sahibi qələbə uğrunda mübarizə aparırdı.
Yarışda ən yaxşı nəticəni Bakı şahmatçıları Əhməd
Əhmədzadə və Məhəmməd Muradlı göstəriblər. Hər iki
şahmatçı 8 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər.
Mirmusa Feyziyev isə 7 xalla 3-cü pillədə qərarlaşıb.
12 yaşlı oğlanlar arasında 1-ci yeri aktivinə 8 xal
yazan Məhəmməd Muradlı, 7 xalla 2-ci yeri Ağdam
şahmatçısı Nurlan Şükürov, 3-cü yeri isə 6.5 xalla Ayxan
Əlizadə (Quba) tutub.
Eyni yaş qızlar arasında aktivinə 6.5 xal yazan Gövhər
Beydullayeva 1-ci, Sədaqət Abbasova 5.5 xalla 2-ci,
Qazaxıstan şahmatçısı Kim Leyla isə 5 xalla 3-cü olub.
10 yaşadək oğlanlar arasında Əhməd Əhmədzadə lider olub.
Feyziyev Mirmusa 2-ci, Zaur Balayev isə 3-cü pillədə
qərarlaşıb.
Səbinə Rzalı (Sumqayıt) 5.5 xal toplayaraq 10 yaşlı
qızlar arasında 1-ci olub. Nəcibə Orucova (Bakı) 5.5
xalla 2-ci, Ayan Allahverdiyeva (Bakı) isə 5 xalla 3-cü
yerin sahibi olub.
8 yaşadək oğlanlar arasında Kürdəmir şahmatçısı Fərhad
Məmmədəliyev, Sənan Xudiyev (Bakı) və Ümid Aslanov 5.5
xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər.
Eyni yaş qızlar arasında Nərmin Nəsibova aktivinə 4 xal
yazaraq qrupun vahid lideri olub, Nurtac Heydərli və
Aydan Şükürova 3 xal toplayaraq 2-3-cü yerləri
bölüşdürüblər. Turnir İsveçrə sistemi üzrə keçirilib və
9 turdan ibarət olub. |