Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Məhəllələrarası mini-futbol turnirinin qalibləri mükafatlandırılıblar

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Türkan qəsəbəsində yerləşən futbol meydançasında Xəzər rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib. 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komanda tərkibində 120 nəfər iştirak edib.

Turnirdə Türkan komandası I, Mərdəkan komandası II, Şüvəlan komandası III yerləri tutublar. Turnirin bağlanış mərasimində Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın yüksək səviyyədə icra olunduğunu bildiriblər.  Qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunublar. 

Hazırladı:  Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov