Oktyabrın
1-də Nobel mükafatı laureatı Piter A.Daymond Azərbaycan
Dövlət İqtisad Universitetində qonaq olub. Dünya
şöhrətli iqtisadçı ali təhsil ocağının professor-müəllim
heyəti və tələbələri ilə görüşüb.
Universitetin rektoru, professor Ədalət Muradov Nobel
mükafatçısını bu təhsil ocağında görməkdən məmnun
olduğunu bildirərək, cənab Daymondun elmdə əldə etdiyi
nailiyyətlərdən danışıb. Sonra rektor Nobel mükafatı
laureatı Piter A.Daymonda universitetin "Fəxri doktor"
diplomunu təqdim edib.
Piter A.Daymond tədbirdə çıxış edərək İqtisad
Universiteti ilə tanışlıqdan və universitetin "Fəxri
doktor"u adına layiq görülməkdən məmnun olduğunu
bildirib. Nobel mükafatçısı dünya iqtisadiyyatında,
xüsusən də qlobal əmək bazarında gedən proseslərə
münasibətini bildirib.
Diskussiya şəklində keçən görüşdə qonaq universitetin
müəllim və tələbələrinin suallarını cavablandırıb.
Qeyd: Piter A. Daymond 1940-cı il aprelin 29-da anadan
olub. Massaçusets Texnologiya İnstitutunun sosial
təminat, təqaüdlər və vergi üzrə mütəxəssisi,
professordur. 9 kitab, 132 elmi əsərin müəllifidir. ABŞ
prezidenti Barak Obama onu Federal Ehtiyatlar İdarəsinin
müdirlər şurasına üzv təyin edib. 2010-cu ildə "Axtarış
müqavimətli bazarın təhlili" sahəsində uğurlarına görə
iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Ekspertlər iqtisadiyyat üzrə 2010-cu ilin Nobel mükafatı
laureatlarını makroiqtisadiyyatın klassikləri hesab
edirlər.
Vüsalə MƏMMƏDOVA,
ADİU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı
|