Dağıstanın Kaspiysk şəhərində yeniyetmə güləşçilər
arasında Rusiya Federasiyasının qəhrəmanı, Rusiya Daxili
İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun
xatirəsinə həsr olunmuş I beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata
görə, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət
yığma komandanın üzvləri iştirak ediblər. Komanda
xarakterli yarışda Azərbaycanla yanaşı, Şimali Osetiya,
Xasavyurt, Kaspiysk, Kabardin-Balkar və Dağıstanın
komandaları mübarizə aparıb. Yarımqrupda Şimali Osetiya
və Xasavyurt komandaları ilə birgə mübarizə aparan
güləşçilərimiz hər iki rəqibini 6:2 hesabı ilə məğlub
edərək finala vəsiqə qazanıblar.
Finalda Dağıstan komandasının güləşçiləri ilə qarşılaşan
təmsilçilərimiz 2:6 hesabı ilə məğlub olub və
beynəlxalq turniri ikinci sırada tamamlayıblar.
Xatırladaq ki, yarışda ölkəmizi məşqçilər Rövşən Umudov
və Nazim Əlicanovun rəhbərliyi altında Arif Hüseynov (55
kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq),
Məhəmmədhacı Muxutov, Hacımurad Ömərov (74 kq), Məhəmməd
Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq), Oyan
Nəzəriani (120 kq) və başqaları təmsil ediblər.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim
Vaqif Zeynallı iştirak edib.
Hazırladı: Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |