Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycan Respublikasında neft və qaz sənayesi üçün
yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında
xidmətlərinə görə Elmira Məmmədəmin qızı Ramazanova
"Şöhrət" ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2014-cü il |