Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının
təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli
2373 nömrəli Sərəncamını rəhbər tutaraq, 2013-2014-cü
dərs ilinin nəticələrinə görə "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin
keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı
ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları
və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə
istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin
keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında"
2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanına uyğun
olaraq, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələri keçirilsin.
2. 2013-2014-cü dərs ilinin nəticələrinə görə "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi
ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin
etmək məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat Komitəsinin sədri:
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Təşkilat Komitəsinin üzvləri:
Mətin Eynullayev - Təhsil Nazirliyi aparatının rəhbəri
Hüseyn Əliyev - Təhsil nazirinin müşaviri
Samir Vəliyev - Təhsil nazirinin müşaviri
Ağababa İbrahimov - Təhsil nazirinin müşaviri
Aydın Əhmədov - Məktəbəqədər və ümumi təhsil şöbəsinin
müdiri
Fərzəli Qədirov - İnsan resursları şöbəsinin müdiri
Faiq Şahbazlı - Tədris resursları şöbəsinin müdiri
Sübhi Kazımov - Hüquqi ekspertiza və lisenziyalaşdırma
şöbəsinin müdiri
Rüfət Əliyev - Pilot layihələrlə iş sektorunun müdiri
Emin Əmrullayev - Təhsilin keyfiyyətinin
qiymətləndirilməsi sektorunun müdiri
Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor
müavini
3. Müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə
daxil olan müvafiq sənədlərin müəyyən edilmiş qaydada
ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq
olunsun (əlavə edilir).
4. Müsabiqələrin təşkili və keçirilməsi üzrə
ümumiləşdirilmiş məlumatların, təqdimat və arayışların
hazırlanması, habelə nəzərdə tutulan tədbirlərin icrası
sahəsində əlaqələndiricilik funksiyasının yerinə
yetirilməsi Təşkilat Komitəsinin üzvü, Məktəbəqədər və
ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədova həvalə
edilsin.
5. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə
birgə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını
təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2014-cü il |