Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabe 2014 - №42

 

Türkiyə milli təhsil nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub

 

Böyütmək üçün şəkili seçinTürkiyə Respublikasının milli təhsil nazirinin müavini Yusuf Təkinin başçılıq etdiyi nümayəndə heyəti 28-29 oktyabr 2014-cü il tarixlərində Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə nəzər salınıb.

İlk öncə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

Daha sonra nümayəndə heyəti təhsil naziri Mikayıl Cabbarov, təhsil nazirinin müavini Ceyhun Bayramov və Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov ilə görüşüb.

Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyəli əlaqələrin inkişafı yolları və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Y.Təkin səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları çərçivəsində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr qarşısında çıxış edib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov