Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2014 - №43

 

Zaqatalada yeni məktəb binasının tikintisinə başlanılıb

 

Zaqatala  Rayon Təhsil Şöbəsindən verilən  məlumatda deyilir ki, rayonun  Yuxarı Tala kənd 2 nömrəli tam orta məktəbində tikinti işləri başa çatmaq üzrədir. Hazırda Yengiyan kəndində isə yeni məktəb  binasının  tikintisinə başlanıb.

VII siniflərdə kurikulumun  tətbiqi ilə əlaqədar ayrı-ayrı fənlər üzrə kurslar təşkil edilib və həmin siniflərdə dərs deyən 400-ə yaxın müəllimin bu kurslarda iştirakı təmin edilib.Məktəblərdə XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədrisi üçün hazırlıq işləri aparılıb və buna aid dərslərin qrafiki tutulub. Dərsləri tədris edəcək müəllimlərin tərkibi dəqiqləşdirilib, tezislər üzrə mövzular hazırlanıb və artıq dərslərin keçilməsinə başlanıb. Ümumtəhsil məktəblərində dərsliklərlə təminat proqramı ( 2006-2015-ci illər) tam öz həllini tapıb və nəticədə 86000 ədəd dərsliyin məktəblərə çatdırılması təmin edilib.

Azərbaycan və Türkiyənin dəyərli şəxsiyyətlərini öyrənmək və təbliğ etmək məqsədi daşıyan "Hər mövsüm bir işıq" adlı layihəyə rayonun ümumtəhsil məktəbləri qoşulub, layihənin şərtlərinə uyğun inşa yazı işləri oktyabr ayında müvafiq elektron ünvana göndərilib.

Hazırda rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sabahın alimləri" IV Respublika müsabiqəsində müvəffəqiyyətli iştirakı üçün tədbirlər həyata keçirilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov