Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2014 - №45

 

Qaliblər diplom və medallarla təltif olunub

 

Bərdə Rayon Gənclər və İdman İdarəsinin və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümünə həsr olunmuş taekvondo üzrə açıq birincilik keçirilib.

Açılış  mərasimində  Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Bərdə rayon təşkilatının şura üzvü Anar Şahbazov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdiyi uğurlardan danışıb.

Uşaq, yeniyetmə və gənclər arasında müxtəlif çəki dərəcələrində keçirilən bu yarışda 100-ə yaxın idmançı öz güclərini sınayıb. Birinciliyin qalibləri diplom və medallarla təltif olunub.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov