Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

XXVII spartakiadanın şahmat yarışı başa çatıb

 

Böyütmək üçün seçinNoyabrın 26-da  Respublika Şahmat Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarışın final mərhələsi keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər (onlardan 22 nəfəri qızdır) iştirak edib.

Yarışın nəticəsinə görə I yeri Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın komandası, II yeri Xəzər rayonu 181 nömrəli tam orta məktəbin komandası, III yeri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin komandası, IV yeri Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası, V yeri Sabunçu rayonu 72 nömrəli tam orta məktəbin komandası, VI yeri Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin komandası, VII yeri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin komandası, VIII yeri Yasamal rayonu Bakı Avropa Liseyinin komandası, IX yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, X yeri Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin komandası və XI yeri Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası tutub.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini  Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı, XXVII spartakiadanın baş katibi  Valentina Sultanova  və yarışların baş hakimi Nurəli Məmmədzadə  qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov