Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Dekabr 2014 - №47

 

Yeniyetmələr və gənclər arasında turnirə yekun vurulub

 

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" İdman-Sağlamlıq Kompleksində yeniyetmələr və gənclər arasında "TOP-16" turniri başa çatıb.

Tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov dövlətimizin başçısının ölkəmizdə idmana böyük diqqət və qayğı göstərdiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını bildirib.

F.Məmmədov deyib: "Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Təsadüfi deyildir ki, 2015-ci ilin fevralında Beynəlxalq Stolüstü Tennis Federasiyasının "Avropa TOP-16" Kuboku uğrunda yarışları da Azərbaycanda keçiriləcək".

Fazil Məmmədov, həmçinin son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

İki gün davam edən və şəxsi formatda keçirilən turnirdə Bakı şəhərinin Qaradağ rayonunun Uşaq-Gənclər İdman Mərkəzinin, "Neftçi", "NN" idman klublarının, Bakı Tennis Məktəbinin, "Təhsil" Respublika İdman Mərkəzinin idmançıları ilə yanaşı, Sumqayıt, Şabran, Şirvan və Şəkidən olan tennisçilər iştirak ediblər.

Oğlanlar arasında yarışlarda Bakı Tennis Məktəbinin tennisçisi Sənan Əliyev I, Bakı Tennis Məktəbinin nümayəndəsi Nurlan Həsənov II və "Təhsil" Respublika İdman Mərkəzinin idmançısı Əliverdi Şahgəldiyev III yerləri tutublar.

Qızlar arasında isə "NN" klubunun idmançısı Məryəm İmanova 1-ci , Sumqayıt "Təhsil " Respublika İdman Mərkəzinin tennisçisi Nəzrin Əhmədova 2-ci və Sumqayıt  "Təhsil" Respublika İdman Mərkəzinin və "NN" idman klubunun təmsilçisi Dinarə Məmmədova 3-cü yerlərə layiq görülüblər.

Qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov