Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2014 - №50

 

Qılıncoynatma üzrə oğlanlar və qızlar arasında açıq birincilik başa çatıb

 

 Təhsil Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (İOEUGİM) qılıncoynatma üzrə oğlanlar və qızlar arasında açıq birincilik keçirib.

Bakıdakı 54 nömrəli tam orta məktəbdə təşkil olunan birincilikdə 68 idmançı qılıncoynatmanın qılınc və şpaqa silah növləri üzrə güclərini sınayıblar.

Açılış mərasimində İOEUGİM-in direktoru Elvin Məmmədxanov bildirib ki, yarışı keçirməkdə məqsəd yeniyetmələr arasında bu idman növünə maraqın yüksəldilməsi və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır.

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov Təhsil Nazirliyinin yeniyetmələrin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilinə böyük diqqət ayırdığını vurğulayıb. Son dövrlər digər idman növləri ilə yanaşı qılıncoynatmaya da marağın artdığını deyən Federasiya rəsmisi belə yarışların tez-tez keçiriləcəyinə ümid etdiyini bildirib.

İdmançıların valideynlərinin də həvəslə izlədiyi yarış gərgin mübarizə şəraitində keçib. Qılınc növü üzrə qızlar 1 yaş qrupu, oğlanlar 3 yaş qrupunda yarışıblar. Şpaqada da qızlar 1 yaş qrupunda, oğlanlar isə 2 yaş qrupunda mübarizə aparıblar. Yarışın ən balaca qalibi 8 yaşında olub.

Yarışın nəticələrinə əsasən, I, II və III yerləri tutan idmançılara kubok, medal və diplomlar təqdim edilib.   

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov