*
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30
dekabr 2014-cü il tarixli sərəncamı ilə C.M.Cəfərov
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
təyin edilib.
*
Prezident İlham Əliyev ötən il dekabrın 30-da
mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə
bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
*
Dekabrın 29-da dövlət başçısı İlham Əliyev Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan
Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə
İş Proqramının təsdiq edilməsi haqqında sərəncam
imzalayıb.
*
Ölkə başçısı İlham Əliyevin 26 dekabr 2014-cü il tarixli
sərəncamı ilə T.İ.Əfəndiyev Bakı Xoreoqrafiya
Akademiyasının rektoru təyin edilib.
*
Prezident İlham Əliyev dekabrın 26-da "Bakı Xoreoqrafiya
Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında
fərman imzalayıb.
*
Dekabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu
Əliyeva Bakının Buzovna qəsəbəsindəki Respublika Uşaq
Sanatoriyasının yenidənqurmadan sonra açılış mərasimində
iştirak ediblər. |