Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2015 - №01

 

Təhsil Nazirliyində müşavirə

 

Böyütmək üçün seçin Dekabrın 26-da Təhsil Nazirliyində 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsinin müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının məsul əməkdaşları, şəhər, rayon təhsil idarə və şöbələrinin nümayəndələri, eləcə də nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktor müavinləri iştirak edib.

Tədbirdə Təşkilat Komitəsinin üzvləri 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçim turlarının təşkili və keçirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan məktəblilərindən ibarət milli komandaya namizədlərin seçim turları 3 mərhələdən ibarətdir. Seçim turlarında X-XI sinif şagirdləri iştirak edəcəklər. İlk seçim turu 18 yanvar 2015-ci il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün 3 saat vaxt veriləcək. Rayon turunun nəticələrinə əsasən, zona turunda iştirak edəcək şagirdlər M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən müəyyən ediləcək.

Müşavirədə 47-ci Beynəlxalq Kimya Olimpiadasının seçim turlarının təşkili və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə bu işə məsul olan şəxslərə tövsiyə və tapşırıqlar verilib.

Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. Sonuncu - 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.

Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən 47-ci Beynəlxalq Kimya Olimpiadasının 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınıb. Dünyanın 80-ə yaxın ölkəsinin iştirakı nəzərdə tutulan 47-ci Beynəlxalq Kimya Olimpiadasının Bakı şəhərində keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.  47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/)  istifadəyə verilib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov