Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Rəsmi xronika

 

* Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gediblər.

 * Prezident İlham Əliyev fevralın 4-də Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam  imzalayıb.

 * Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.

 * Fevralın 3-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Polad Bülbüloğlu "Şərəf" ordeni ilə təltif edilib.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva fevralın 3-də  "Bakubus"  Məhdud  Məsuliyyətli  Cəmiyyətin (MMC) ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə, Zığ gölünün kompleks bərpası layihəsi ilə, həmçinin Bakı İdman Sarayında həyata keçirilən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olublar.

 * Fevralın 2-də Prezident İlham Əliyev  Azərbaycan Respublikasından olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

* Dövlət başçısı  İlham Əliyev  fevralın 2-də  "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

 * Fevralın 2-də  ölkə başçısı  İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1165-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

 * Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  fevralın 2-də "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1142-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 * Yanvarın 31-də ölkə başçısı  İlham Əliyev 2015-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında  sərəncam imzalayıb.

 * Azərbaycanın birinci xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva fevralın 5-də Bakıda keçirilən  Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının V iclasında iştirak  və çıxış edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov