Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Fevral 2015 - №05

 

Güləşçilərimiz 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar

 

Məşhəddə keçirilən yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turnirində sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb.

Beynəlxalq turnirdə 1 qızıl və 1 bürünc medal yunan-Roma güləşçilərimizin hesabındadır. Məhəmmədəli Həsənli (58 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. Ceyhun Nəsirov (63 kq) isə bürünc medal qazanıb.

Sərbəst güləş yığmamızın üzvləri isə turniri 3 gümüş və 4 bürünc medalla başa vurublar. Gümüş medalları yığmamıza Şahin Muxtarov (42 kq), Əliabbas Rzazadə (50 kq) və Əhliman Quliyev (76 kq) qazandırıblar. Sərbəst  güləşçilərimiz Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq) və Ravil Babazadə (76 kq) isə turnirin bürünc mükafatına sahib olublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov