Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2015 - №06

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli Qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları"nın və "Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı"nın təsdiq edilməsi haqqında 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul olunsun.

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli qərarından irəli gələn vəzifələrin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət planı" təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, Fəaliyyət planının həyata keçirilməsi istiqamətində zəruri təşkilati-pedaqoji tədbirlər görsünlər, icra vəziyyəti barədə 2015-ci ilin may və noyabr aylarında Nazirliyə yazılı hesabat təqdim etsinlər.

4. Məktəbəqədər  və ümumi təhsil  şöbəsi (A.Əhmədov), Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov), İlk peşə və orta ixtisas təhsili şöbəsi (S.Vəliyev), Elm və ali təhsil şöbəsi (G.Hüseynova), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) Fəaliyyət planının yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlasınlar və yerli  təhsili  idarəetmə  orqanlarına,  təhsil  müəssisələrinin  rəhbərliyinə lazımi metodik köməklik göstərsinlər.

5. İnformasiya şöbəsi (E.Əliyev) Fəaliyyət planının icrası ilə bağlı görülən işlərin KİV-lərdə işıqlandırılmasını, bu əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2015-ci il


 Əlavə: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 oktyabr tarixli 354 nömrəli Qərarından  irəli gələn vəzifələrin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət planı

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov