Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Fevral 2015 - №07

 

Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri yerinə yetirmək, yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq, mini futbolu təbliğ etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. 20 fevral-18 mart 2015-ci il tarixində Məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatı keçirilsin.

2. Çempionatın Əsasnaməsi, Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Çempionatın təşkili və keçirilməsinə ümumi rəhbərlik "Təhsil" Respublika İdman Mərkəzinə həvalə edilsin.

4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) çempionatın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) çempionat ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

6.  İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

7. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarışların keçirilməsi və məktəb komandalarının çempionatda iştirakı üçün lazımi şərait yaratsın.

8. İnformasiya şöbəsi (Elnur Əliyev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
13 fevral 2015-ci il 

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov