"Yurd"
Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi
(İB) tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə "Dəstək
olaq hər birimiz, örnək olsun təhsilimiz" layihəsi
çərçivəsində Qubanın Xucbala və Qaraçay kənd tam orta
məktəblərində çalışan müəllimlər üçün təlimlər davam
edir.
Quba Rayon Təhsil Şöbəsindən bildiriblər ki, layihənin
əsas məqsədi kənd ərazilərində yaşayan və kənd
məktəblərində təlim verən müəllimlərin İKT sahəsində
bilik və bacarıqlarını artırmaqla təhsilimizin
inkişafına dəstək verməkdir.
Otuz müəllimin cəlb olunduğu təlimlər zamanı "MC Office"
proqramları, sosial şəbəkələrdən və internetdən tədris
vəsaitləri, eləcə də e-derslik.edu.az portalından
istifadə qaydaları barədə həm nəzəri, həm də praktiki
treninqlər keçirilib. |