Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Musiqi sənəti" fakültəsi "İnstrumental
ifaçılıq" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru, pianoçu Cəmalə Nəsirovanın tələbələri
konsert proqramı ilə çıxış edib.
Konsertdə Azərbaycan bəstəkarlarından Q.Qarayev,
Ü.Hacıbəyli və A.Bəbirovun, xarici bəstəkarlardan isə
F.Şopen, İ.Brams, S.Raxmaninovun fortepiano üçün
əsərlərini I kurs tələbələri Heyran Qədirli, Səidə
Əliyeva, Ülviyyə Əliyeva, II kurs tələbəsi Fidan
Xəlilova, IV kurs tələbələri Minayə Məmmədova, Ülkər
Həsənova ifa ediblər. Universitetin müəllim və
tələbələrinin iştirakı ilə keçən konsert yüksək
qiymətləndirilib. |