Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

07 Mart 2015 - №09

 

18 nömrəli məktəbin komandası üçüncü olub

 

Böyütmək üçün seçinBakıdakı 45 nömrəli tam orta məktəbdə məktəblilərin XXVII spartakiadası çərçivəsində oğlanlar arasında basketbol növü üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Bakı şəhərinin 12 rayonundan I yeri tutmuş komandalar iştirak edib. Komandalar A və B qrupları üzrə mübarizə aparıb.  18 nömrəli tam orta məktəbin komandası A qrupunda  qüvvəsini sınayıb. Bu qrupda  birinci oyun  Nərimanov rayonunu təmsil edən  komanda ilə baş tutub. Daha sonra məktəbin idmançıları   Binəqədi-Suraxanı, Xətai-Nizami rayonlarını təmsil edən  komandalarla keçirilən oyunlarda qələbə qazanaraq  yarımfinala vəsiqə əldə ediblər.  Yarımfinalda  B qrupunda II yeri tutmuş  Türk  Anadolu Liseyi ilə gərgin keçən oyunda komanda cüzi xal fərqilə məğlub olaraq III və IV yerlər uğrunda  yarışmada iştirak edib və  III yerə layiq görülüb.

Komanda diplom və fəxri fərmanla mükafatlandırılıb. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov