Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Qaliblər mükafatlandırılıblar

 

Böyütmək üçün seçinBakı şəhər 82 nömrəli tam orta məktəbdə paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan qızlar arasında basketbol yarışında birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırılması  mərasimi keçirilib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakiminin müavini Salman Əbdülov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Cəlil Əlizadə, məktəbin direktoru Vaqif Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər. Çıxış edən natiqlər qalib komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan uğurlara görə təbrik edib, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov