Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart 2015 - №10

 

Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir

 

Böyütmək üçün seçin Bakıdakı 269 nömrəli tam orta məktəbdə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, məktəbin direktoru Alla Vəzirova və digər  şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları öncə rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan oğlanlar arasında voleybol üzrə yarışların final oyununu izləyiblər. Sonra Xətai rayon məktəbliləri arasında XXVI spartakiadanın yekunlarına görə qalib məktəblərin, həmçinin paytaxt məktəbliləri arasında XXVII spartakiadanın proqramına daxil olan qızlar arasında basketbol növü üzrə yarışda ikinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırılması  mərasimi keçirilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov