Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Azərbaycan gimnastları Portuqaliyadan üç bürünc medalla qayıdıblar0

 

Böyütmək üçün seçinPortuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışı ilə yadda qalıb. Azərbaycan yığmasının lideri və qarşıda gələn Avropa oyunlarının idman səfiri Marina top və lent ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək 4-cü yerdə qərarlaşıb. Bundan əlavə, o, çoxnövçülükdə 5-ci yeri tutub.

Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirdə iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyeva qazanıb.

Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışı da diqqətdən kənarda qalmayıb.

Yarışın yekunları üzrə dördüncü olan Azərbaycan gimnastlarının çıxışı alqışlarla qarşılanıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov