Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Futbol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün seçin"Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandaları U-13 və U-16 YUNİSEF qızlar liqası üzrə Azərbaycan futbol çempionatında uğurla çıxış edib. U-13 qızlar liqası 3 yarımqrupda 33 komandanın iştirakı ilə şərq, qərb və şimal zonaları üzrə keçirilib. İOEUG Futbol Məktəbinin yetirmələri şərq zonasında 6 komandanın iştirakı ilə keçirilən qrupda yer alıb. Məktəbin komandası qrup üzrə bütün oyunlarda qələbə qazanaraq finala çıxıb və  2-ci yeri tutub.

U-16 YUNİSEF qızlar liqası 16 komandanın iştirakı ilə 2 yarımqrupda - şərq və qərb zonalarına bölünərək keçirilib. İOEUG Futbol Məktəbinin bu liqada mübarizə aparan komandası çempionatın qalibi olub.

Çempionatda I, II və III yerləri tutan komandalara diplomlar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov