Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

"Şahin" hərbi-idman oyunu başa çatıb

 

Bakı şəhəri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların "N" nömrəli hərbi hissəsində "Şahin" hərbi-idman oyununun rayon birinciliyinin final mərhələsi keçirilib.

"Şahin" hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 şagird (onlardan 84-ü qızlardır) iştirak edib. Yarışın nəticəsinə görə birinci yerə 291 nömrəli "Araz" Ekologiya liseyinin komandası, ikinci yerə 258 nömrəli tam orta məktəbin komandası, üçüncü yerə isə 212 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Qalib komanda məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov