Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Məktəbdə siniflərarası cüdo idman növü üzrə yarış keçirilib

 

Bakıdakı 60 nömrəli tam orta məktəbdə siniflərarası cüdo idman növü üzrə yarış keçirilib. Təhsil ocağından  aldığımız məlumata görə, yarış 2, 3 və 6-cı sinif şagirdləri arasında 24 və 34 kq çəki dərəcələrində aparılıb. Məktəbin fiziki tərbiyə müəllimi Müşfiq Ələkbərov tərəfindən idarə olunan yarışda 24 kq çəki dərəcəsində 2 "c" sinfindən  İmran Qarayev I yer, 3 "b" sinfindən Samir Əzimli II yer,  2 "n" sinfindən isə Ağalar İbrahimli  və Xaspolad Tutayuk   III yerə layiq görülüblər. 34 kq çəki dərəcəsində isə 6 "c" sinfindən Rəvan Məlikov I yer, 6 "a" sinfindən Nicat Quliyev II yer, 3 "a" sinfindən Eldar Əliyev III yerin qalibi olublar. Qaliblərin mükafatlandırılması mərasimində iştirak edən məktəb rəhbərliyi və valideynlər yarışda fərqlənən şagirdləri təbrik edib onlara uğurlar arzulayıblar. Mərasimin sonunda qaliblərə diplom və mükafatlar təqdim olunub.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" 
[email protected]

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov