Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Rəsmi xronika

 

 * Aprelin 16-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub, Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.

 * Aprelin 15-də dövlət başçısı İlham Əliyev  Bakıda "İslam maarifçiliyi və müasir dövr" mövzusunda keçirilən Beynəlxalq konfransın iştirakçılarına məktub ünvanlayıb.

 * Prezident  İlham Əliyev aprelin 15-də İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Aprelin 15-də ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 * Dövlət başçısı  İlham Əliyev aprelin 14-də Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Prezident İlham Əliyev aprelin 11-də Astara rayonunda və Lənkəran şəhərində səfərdə olub. Dövlət başçısı səfəri çərçivəsində bir sıra sosial və iqtisadi yönümlü  obyektlərin, o cümlədən Lənkəranda yeni inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib, bəzilərində isə yaradılan şəraitlə tanış olub.

 * Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov