Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2015 - №14

 

"Eko Rəsm Gündəliyi - 2014" beynəlxalq müsabiqəsinin qalibi

 

Böyütmək üçün seçinAylinin  sevincinin hədd-hüdudu yox idi. Həmin gün o, lap tezdən oyanaraq məktəbə tələsirdi. Çünki sevincini  dostları ilə  bölüşəcəkdi. Axı o, mötəbər bir müsabiqədə qalib  gəlmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onu şəxsən təbrik edərək diplom və hədiyyələr vermişdi...

Qeyd edək ki,   2014-cü ilin  oktyabrında  Azərbaycanda məktəblilər arasında keçirilən "Eko Rəsm Gündəliyi - 2014" ("Eco Picture Diary 2014") Beynəlxalq müsabiqəsinin milli mərhələsinə start verilib.  İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzinin və "Panasonic" şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilən müsabiqədə  160 nömrəli klassik gimnaziyanın şagirdləri də uğurla iştirak ediblər. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müsabiqənin milli mərhələsinin qalibi - 160 nömrəli klassik gimnaziyanın şagirdi Aylin Yəhyazadəni təbrik edərək ona diplom və hədiyyələr təqdim edib. Müsabiqənin milli mərhələsinin digər 19 qalibinə də sertifikat və qiymətli hədiyyələr təqdim olunub. "Eko Rəsm Gündəliyi-2014" müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və qısa mətnlə ifadə ediblər.

Tədbirdə müsabiqə ilə bağlı videoçarx  da nümayiş olunub.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov