Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2015 - №15

 

Stolüstü tennis üzrə zona yarışının açılış mərasimi olub

 

Böyütmək üçün seçinAprelin 28-də Bakıda stolüstü tennis üzrə məktəblilərarası zona yarışının açılış mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov zona yarışları barədə məlumat verib. F.Qurbanov bildirib ki, Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaq məqsədilə ölkəmizin bütün bölgələrini əhatə edən zona yarışları keçirir. "Bakı - 2015" I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə təşkil olunan yarışlar mayın sonunadək davam edəcək və bu yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı gözlənilir. Aprelin 21-də start verilən zona yarışları çərçivəsində indiyədək 10-dan çox bölgədə belə kütləvi idman tədbirinin keçirildiyini xatırladan nazir müavini məktəblilərin fəallığını yüksək qiymətləndirib.

Nazir müavini qeyd edib ki, məktəblilər arasında bütün ölkəni əhatə edən belə kütləvi idman tədbiri ilk dəfədir keçirilir. Yarışlar şagirdləri idmana həvəsləndirməklə yanaşı, məktəblilər arasında əlaqələrin genişlənməsinə və müntəzəm idman turnirlərinin keçirilməsinə şərait yaradır.Böyütmək üçün seçin

Rəsmi mərasimdən sonra yarışa start verilib.

Qeyd edək ki, zona yarışına qatılmış 12 komandanın tərkibi 2001-ci il təvəllüdlü və daha kiçik 4 oğlan və 4 qızdan ibarətdir. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq keçirilən yarışda 100-ə yaxın tennisçi mübarizə aparır.

Bakı şəhərində start verilən tennis üzrə zona yarışı mayın 1-dən 3-dək Salyanda, 5-dən 7-dək Gəncədə, 13-dən 15-dək Şirvanda, 17-dən 19-dək Sumqayıtda, 21-dən 23-dək Şəkidə davam etdiriləcək.

Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov