I
Avropa Oyunlarının proqramına daxil edilmiş idman
növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş
kütləvi idman tədbirləri çərçivəsində Sumqayıt şəhərində
basketbol üzrə zona yarışı keçirilib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən zona
yarışında Abşeron, Xaçmaz, Xızı, Quba rayonlarının və
Sumqayıt şəhərinin komandaları iştirak edib. Yarışda
1-ci yeri Abşeron rayonunun, 2-ci və 3-cü yerləri isə
Sumqayıt şəhərinin komandaları tutub.
Daha bir idman yarışı Masallı Olimpiya İdman
Kompleksində baş tutub. Burada məktəblilər arasında cüdo
üzrə zona yarışı keçirilib. Yarışlarda Masallı, Şirvan,
Salyan, Lənkəran və Yardımlı rayonlarının komandaları
iştirak edib. Komanda hesabında 1-ci yeri Masallı, 2-ci
yeri Şirvan, 3-cü yeri Salyan rayonunun komandaları
tutub.
Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə
mükafatlandırılıb.
www.edu.gov.az |