Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2015 - №18

 

Qaliblər diplom və medallarla təltif olunub

 

Böyütmək üçün seçin "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir.

Sumqayıt şəhərində çimərlik futbolu üzrə keçirilən yarışda Sumqayıt şəhərinin, Xızı, Quba, Qobustan, Qusar, Siyəzən, Qubadlı, Xaçmaz, Abşeron və Şabran rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıb. Komanda hesabında 1-ci yeri Sumqayıt şəhərinin, 2-ci yeri Xaçmaz, 3-cü yeri Quba rayonunun komandaları tutublar.

Sumqayıt şəhərində daha bir idman yarışı Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub. Məktəblilər arasında stolüstü tennis üzrə zona yarışında Sumqayıt şəhərinin, Xızı, Quba, Qusar, Siyəzən, Xaçmaz, Abşeron, Şabran rayonlarının 80 nəfərdən çox idmançısı mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında 1-ci və 3-cü yerləri Şabran rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, qızlar arasında 1-ci yeri Şabran rayonunun, 2-ci yeri Sumqayıt şəhərinin, 3-cü yeri Quba rayonunun komandaları tutublar.

Qax rayonunda taekvondo idman növü üzrə zona yarışı keçirilib. Qax Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında zona yarışında qalib adı uğrunda mübarizəyə 100 nəfərə yaxın idmançı qatılıb. Komanda hesabında 1-ci yeri Qax, 2-ci yeri Qəbələ, 3-cü yeri Zaqatala rayonunun komandaları tutublar.

Sabirabad rayonunda isə basketbol idman növü üzrə zona yarışları davam etdirilib. Sabirabad Olimpiya İdman Kompleksində keçirilmiş yarışda 10 rayonun komandaları mübarizə aparıblar. Yarışın nəticələrinə əsasən 1-ci yerə Hacıqabul, 2-ci yerə Saatlı, 3-cü yerə Sabirabad rayonunun komandaları layiq görülüb.

Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallarla təltif olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov