Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6  İyun 2015 - №20

 

Təhsil naziri Polşa Respublikası Baş nazirinin müavinini qəbul edib

 

Böyütmək üçün seçinİyunun 3-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, iki ölkənin ali təhsil müəssisələrinin ikitərəfli əlaqələrinin genişləndirilməsi və birgə təhsil proqramlarının həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Təhsil naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində nəzərdə tutulan təhsil islahatları barədə qonaqlara ətraflı məlumat verib və bu çərçivədə iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov