Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Rəsmi xronika

 

* İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub. Dövlət başçısı Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

 * Ölkə başçısı  İlham Əliyev iyunun 18-də  L.M.Qranovskayaya  "Əməkdar  elm xadimi"  fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 * İyunun 17-də  dövlət  başçısı  İlham Əliyev Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * Prezident İlham Əliyev iyunun 17-də Avropa  Olimpiya Komitəsinin prezidenti  Patrik Hikkinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin gün  ölkə başçısı İlham Əliyev Patrik Hikkiyə  yüksək  mükafatı təqdim edib.

 * İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti  Rəcəb Tayyib Ərdoğana  görkəmli  dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının  9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə bağlı  başsağlığı verib. 

* İyunun 14-də Prezident İlham Əliyev və xanımı, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva onların adından I Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilmiş  qəbulda iştirak ediblər.  Dövlət başçısı İlham  Əliyev və  Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə çıxış ediblər.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də I Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

 * İyunun 13-də ölkə başçısı  İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb. 

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu iyunun 13-də qəbul edib. 

* İyunun 13-də Prezident İlham Əliyev I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İtaliya Respublikası Baş nazirinin birinci müavini Klaudio De Vinçentini qəbul edib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov