Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Avropa Oyunlarına həsr edilən fotosərgi

 

Azərbaycan Dövlət İqtisad Universiteti  (ADİU) və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə  "Azərbaycan təbiəti Bakı məşəlinin işığında" adlı fotosərgi keçirilir. Sərginin təşkil olunmasında əsas məqsəd İlk Avropa Oyunları ərəfəsində ölkəyə gələn xarici qonaqlara fotolar vasitəsilə Azərbaycanın əsrarəngiz təbiətini nümayiş etdirmək, qədim tarixi barədə məlumat çatdırmaqdır.

ADİU-nun texnologiya və dizayn fakültəsinin 3-cü kurs tələbəsi olan Sona Gözəlovanın müəllifi olduğu sərgidə 30-a yaxın fotoəsər nümayiş olunub. Ölkəmizdə böyük təntənə ilə qeyd edilən İlk Avropa Oyunlarının məşəlinin səyahət etdiyi rayonların təbiət fotoları sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Paytaxt sakinləri və turistlərin marağına səbəb olan sərgidə nümayiş olunan təbiət əsərləri haqqında onlara ətraflı məlumat verilib. Xarici qonaqlar sərgi barədə təəssüratlarını bölüşərkən qeyd ediblər ki, fotolarda Azərbaycanın füsunkar təbiətini gördükdən sonra ən qısa zamanda həmin diyarlara səfər etməyi düşünürlər.

"Azərbaycan təbiəti Bakı məşəlinin işığında" adlı fotosərgi iyunun 21-nə kimi  davam edəcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov