Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Bakı Dövlət Universitetində qalib idmançılarla görüş

 

Böyütmək üçün seçinMartın 19-da Bakı Dövlət Universitetində "Bakı-2015" I Avropa Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal sahibi, universitetin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa Oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan filologiya fakültəsinin 2-ci kurs tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib.

Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, "Bakı-2015" I Avropa Oyunlarının doğma vətənimizdə keçirilməsi tarixi hadisə, böyük nailiyyət və uğurumuzdur. Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanı dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanıda bilmişdir. Bu oyunlar Avropa idman tarixində yeni səhifə açmaqdadır. Bu tarixin açılmasına və yazılmasına ölkə Prezidenti İlham Əliyev, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Azərbaycan ictimaiyyəti, minlərlə könüllü Azərbaycan gənci dəstək verməkdədir.

Oyunlarda 250 istiqamət üzrə 3000 universitet könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qızıl medal sahibi Ayxan Mamayevi təbrik edərək ona gələcək həyatında və yarışlarda uğurlar arzulayıb. Rektor bu uğuruna qədər Ayxan Mamayevin keçdiyi idman yolu haqqında məlumat verib. Məlum olub ki, o, 7 yaşından karate idman növü ilə məşğul olur. Dəfələrlə dünya və Avropa çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Rektor həmçinin Avropa Oyunlarında uğurlu çıxışları ilə yadda qalan Fəridə Abiyevanın  5 yaşından eyni idman növü ilə məşğul olduğunu, onun 10 qat respublika çempionu, dünya kubokunun sahibi və bir sıra beynəlxalq turnirlərin qalibi olduğunu diqqətə çatdıraraq, ona gələcək oyunlarında qələbə arzulayıb.

Ayxan Mamayevin final görüşü izlənildikdən sonra rektor iştirakçılara universitetin xatirə hədiyyələrini təqdim edib.

Ayxan Mamayev universitetdə oxuduğu müddətdə hər zaman rektorun diqqət və qayğısını hiss etdiyini, məzunu olduğu ali təhsil ocağında keçirilən bu tədbirin əhəmiyyətini qeyd edərək təşəkkürünü bildirib.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov