Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Xüsusi təhsil məsələləri barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ilə müəyyən edilən xüsusi və inklüziv təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsi,  "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın Tədbirlər Planının 15-ci və 17-ci bəndlərinin icrası məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında  Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. Xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunsun.

2. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılsın.

3. Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilsin.

4. Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etsin.

5. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılsın ki, 3 (üç) ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etsin.

6. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin surətinin Nazirliyin bütün struktur bölmələrinə çatdırılmasını, "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 iyul 2015-ci il 

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov