Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi 2015-2016-cı tədris ili üçün aşağıdakı vakant vəzifələrə müsabiqə elan edir

 

 I. Xarici dillər kafedrası

Baş müəllimngilis dili)  - 1 yer

Baş müəllim (Rus dili - 2 yer

Müəllimngilis dili)  - 12 yer

Müəllim (Rus dili - 4 yer

Müəllim (Fars dili - 1 yer

Müəllim (Gürcü dili)  - 1 yer

Müəllim (Erməni dili) - 1 yer 

MÜSABİQƏDƏ:

a) Baş müəllim vəzifəsini tutmaq üçün ən azı 3 il elmi-pedaqoji iş stajı olan, elmlər namizədləri (fəlsəfə doktorları) və ya ən azı 5 il elmi-pedaqoji və ya istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər);

b) Müəllim vəzifəsini tutmaq üçün elmi-pedaqoji ya ixtisası üzrə ən azı 3 il iş stajı olan elmlər namizədləri (fəlsəfə doktorları), eləcə də ən azı 3 il istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan ali təhsilli mütəxəssislər (magistlər) iştirak edə bilərlər; 

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs məktəb rəisinin adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

1. Kadrların şəxsi qeydiyyat vərəqəsi;

2. Ali təhsil, elmi ad və elmi dərəcə haqqında sənədlərin surəti (notarial qaydada təsdiq olunmuş);

3. Tərcümeyi-hal;

4. Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq olunmuş siyahısı (müdafiəyə qədər və sonra). 

Elan dərc olunduqdan sonra sənədlər 1 ay ərzində məktəb rəisinin ünvanına göndərilməlidir. 

Tədris Azərbaycan dilindədir. 

Ünvan: Bakı-18, Naximov küçəsi, Heydər Əliyev adına AAHM.

İndeks: AZ 1018.   Tel.: (012) 479-78-70. 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov