Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Rəsmi xronika

 

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev iyulun 24-də İsrailin Azərbaycandakı səfirini qəbul edib.

* İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci baş konfransının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev iyulun 27-də Mərakeşin Kralı VI Məhəmmədə bu ölkənin milli bayramı - Taxt-Tac Günü münasibətilə təbrik məktubu göndərib.

* Prezident İlham Əliyev iyulun 28-də Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 28-də Hindistan Respublikasının  Prezidenti  Pranab Mukherciyə Hindistanın keçmiş  prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov