Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

Respublika Şahmat Olimpiadası başa çatıb

 

Böyütmək üçün seçinZaqatala rayonunda 16 yaşadək yeniyetmə və gənclər arasında şahmat üzrə respublika olimpiadası keçirilib. “A” və “B” qrupları üzrə yarışlarda 52 rayon, şəhər və təşkilatı təmsil edən 444 nəfər idmançı (onlardan 76 nəfəri qızlardır) iştirak edib. Yarışlar Zaqatala Olimpiya İdman Kompleksində 11 turdan ibarət İsveçrə sistemi üzrə keçirilib.

Beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovun rəhbərliyi ilə hakimlər kollegiyası tərəfindən idarə olunan olimpiadanın yekun nəticələrinə əsasən şəxsi hesabda “A” qrupunda 16 yaşadək oğlanlar arasında I yeri Rüstəm Bünyatov (Bakı - 2 nömrəli  Uşaq-Gənclər Şahmat İdman Məktəbi), II yeri Vüsal  Həsənzadə  (Lənkəran), III yeri Nurlan  Hüseynov (Xaçmaz), 16 yaşadək qızlar arasında I yeri Aynur  Kətanova  (Naxçıvan MR), II yeri Süsən  Məmmədova  (Ucar), III yeri Nəzrin  Mirzəzadə  (Lənkəran) tutub. 

14 yaşadək oğlanlar arasında I yerə Kənan  Əhədzadə (Lənkəran), II yerə Babək  Cəfərli  (Gəncə), III yerə Murad  İbrahimli (Sumqayıt), 14 yaşadək qızlar arasında I yerə Ləman Hüseynova (Sumqayıt), II yerə  İradə Əhmədova  (Ucar), III yerə Ləman  Hacıyeva (Bakı - 2 nömrəli  UGŞİM) layiq görülüb.

“B” qrupunda 12 yaşadək oğlanlar arasında isə I yeri Altay  Eynullayev  (Bakı - RİOEUGŞM), II yeri Mirmusa  Feyziyev  (Bakı - 3 nömrəli UGŞİM), III yeri Fərhad  Fərhadlı (Sumqayıt), 12 yaşadək qızlar arasında I yeri  Zeynəb  İsmayılzadə (Gəncə), II yeri Aydan  Hüseynova  (Bakı - RİOEUGŞM), III yeri  Ayan Allahverdiyeva  (Lənkəran) tutub.

Yarışın təntənəli bağlanış mərasimində Zaqatala Rayon İcra Hakimiyyətindən, Azərbaycan Şahmat Federasiyasından nümayəndələr  çıxış edərək qalibləri təbrik ediblər. Yaş qrupları üzrə və komanda hesabında qalib gəlmiş idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri, pul mükafatları və kuboklarla təltif ediliblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov