Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

“Sevinc” kuboku uğrunda Bakı birinciliyi

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə futbol üzrə “Sevinc” kuboku uğrunda Bakı birinciliyi keçirilib. BŞGİBİ-dən aldığımız məlumata görə,  yarışda Bakının 11 rayonunu təmsil edən komandalar yarışıb.

Birinci yaş qrupu üzrə (2002-2003-cü il təvəllüdlülər) yarışın yarimfinalında Yasamal rayonunun məktəbliləri 2:0 hesabı ilə Xəzər rayonundan olan şagirdləri məğlub ediblər. Suraxanı məktəbliləri isə binəqədili şagirdlərə qalib gəliblər - 3:1. Beləliklə, Yasamal məktəbliləri 4:1 hesabı ilə birinci olublar. Üçüncü yer uğrunda isə Xəzər rayonunun şagirdləri mübarizədən qalib ayrılıblar.

2004-2005-ci il təvəllüdlülər arasında yarışın yarımfinalında isə Xətai rayonunun məktəbliləri suraxanılı rəqiblərini 3:1, Nərimanov rayonunun komandası isə 2:0 hesabı ilə Xəzər rayonunun şagirdlərini məğlub ediblər. Nərimanov rayonunun təmsilçiləri finalda Xətai rayonunun komandasını 1:0 hesabı ilə məğlub edərək qalib olublar. Üçüncü yerə isə Suraxanı məktəblilərini məğlub edən Xəzər rayonunun komandası çıxıb.

Qaliblərə kubok, xatirə hədiyyələri və diplomlar təqdim edilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov