Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Rəsmi xronika

 

* Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyev  avqustun 21-də Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Dövlət başçısı İlham Əliyev avqustun 21-də E.B.Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyev  avqustun 19-da heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncamlar imzalayıb.

* Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyada baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar avqustun 18-də bu ölkənin prezidenti Coko Vidodoya başsağlığı verib.

* Dövlət başçısı İlham Əliyev avqustun 17-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

* Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyev  avqustun 17-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyevin 17 avqust tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

* Dövlət başçısı İlham Əliyev avqustun 17-də E.Məmmədova "Əməkdar jurnalist" və A.Qasımova "Əməkdar həkim" fəxri adlarının verilməsi ilə bağlı sərəncamlar imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyev  avqustun 17-də Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov