* Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Xızı və Siyəzən rayonlarında səfərdə olub.
* Prezident İlham Əliyev sentyabrın 2-də Beynəlxalq
Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqi
qəbul edib.
* Ölkə başçısı İlham Əliyev sentyabrın 2-də
Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il
oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam
imzalayıb.
* Dövlət başçısı İlham Əliyev sentyabrın 1-də Rusiya
Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul
edib.
* Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev xalq şairi Fikrət Qocaya 80 illik
yubileyi münasibəti ilə təbrik məktubu göndərib,
həmçinin xalq şairini "Şərəf" ordeni ilə təltif edib.
* Prezident İlham Əliyev avqustun 31-də Latviyanın və
İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
* Avqustun 31-də ölkə başçısı İlham Əliyev Dövlət
xidmətlərinin göstərilməsində şəffaflığın artırılması,
yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma
prosedurlarının elektronlaşdırılması sahəsində bəzi
tədbirlər haqqında fərman imzalayıb.
* Prezident İlham Əliyev avqustun 31-də "Məhkəmələr və
hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi və məhkəmə islahatlarının həyata
keçirilməsinə dair tədbirlər barədə" Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli
30 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında
fərman imzalayıb.
* Avqustun 31-də dövlət başçısı İlham Əliyev Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal
Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən
növ mallara münasibətdə gömrük nəzarətinin
nəticələrinin qarşılıqlı tanınması haqqında Protokolun
təsdiq edilməsi barədə sərəncam imzalayıb. |