Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

"Açıq əyləncəli futbol məktəbi" layihəsinə start verilib

 

Böyütmək üçün seçin Sentyabrın 7-də Oğuz Olimpiya İdman Kompleksində "Açıq əyləncəli futbol məktəbi" layihəsinə start verilib. Açıq Əyləncəli Futbol Məktəbləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən və üç gün davam edəcək futbol məktəbində 200-dək uşaq və yeniyetmə iştirak edir.

Açılış mərasimində AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək Oğuzda artıq yeddinci dəfədir təşkil olunan futbol məktəbinin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, UEFA-nın dəstəyi, Danimarkanın Kəsişən Mədəniyyətlər Assosiasiyasının təşkilatçılığı ilə reallaşan layihə çərçivəsində 2004-cü ildən ölkəmizdə də açıq əyləncəli futbol məktəbləri fəaliyyət göstərir. Dünyanın bir sıra ölkələrində geniş vüsət alan bu aksiya münaqişələrin mövcud olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman növləri ilə bir qədər dəyişmək, idmana marağı artırmaq, uşaq futbolunun inkişaf etdirilməsinə dəstək məqsədi daşıyır. Diqqətə çatdırılıb ki, respublikamızda indiyədək təşkil olunan açıq əyləncəli futbol məktəblərində 22 minədək uşaq və yeniyetmə iştirak edib.

Gün ərzində davam edən təlim-məşqlər xüsusi hazırlıq kursu keçmiş məşqçilər tərəfindən aparılıb. Uşaqlara, həmçinin idman geyimləri və ləvazimatları, futbol topları hədiyyə olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov