Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Lənkəranda qarışıq döyüş növləri üzrə respublika çempionatı keçirilib

 

Lənkərandakı Cənub Regional Boks Mərkəzində qarışıq döyüş növləri üzrə respublika çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, bütün yaş qruplarını əhatə edən çempionatda 220 idmançı qələbə uğrunda mübarizə aparıb. Yarışa 44 idmançı ilə qoşulan lənkəranlılar 25 medala sahib olublar. Bunun 9-u qızıl, 13-ü gümüş, 3-ü isə bürünc medaldır. Ümumi komanda hesabında lənkəranlı idmançılar birinci yeri tutublar.

Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin direktoru Sevindik Mehdiyev yarışların təşkilindən və idmançıların çıxışından razı qaldığını bildirib.

Qeyd edək ki, qarışıq döyüş idman növü üzrə respublika yarışları ildə iki dəfə keçirilir. Bunlardan biri Azərbaycan kuboku yarışları, digəri isə ölkə çempionatıdır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov